Azərbaycanda 3 yeni komanda – Biri də 3 ildən sonra fəaliyyətini bərpa etdi: FOTOLAR

17 Sentyabr 2023 17:45 Region Liqası 2 434
Azərbaycanda 3 yeni komanda – Biri də 3 ildən sonra fəaliyyətini bərpa etdi: FOTOLAR

Region Liqasının 2023/24-ci il mövsümünə aid qeydiyyat başa çatıb.

Avqustda bununla bağlı elan verən AFFA sentyabrın 15-də «pəncərə»ni örtüb.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Ramana» və «Hacıqabul»uni ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Şirvanovka» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq