“Xəzər Lənkəran” daha mövcud olmayacaq?

3 Sentyabr 2023 18:35 Region Liqası 2 063
“Xəzər Lənkəran” daha mövcud olmayacaq?

Ötən mövsüm Region Liqasında qüvvəsini sınamış «Xəzər Lənkəran 42» növbəti «futbol ili»ndə müöarizə aparmaq niyyəti ilə AFFA-ya müraciət etməyib.

Bu haqda federasiyadan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, çempionatın cənub zonasında yarışmış və ¼ final mərhələsinədək irəliləmiş komandanın çıxışını yeni sezonda da davam etdirib-etdirməyəcəyi hələ sual altındadır.

AFFA tərəfindən təşkil olunan Region Liqasının 2023/24-cü illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat prosesi başlayıb.

Federasiya çempionatda qüvvəsini sınamaq istəyən namizədlərə sentyabrın 15-dək vaxt verib. Onlar qeydiyyat üçün info@affa.az və ya liqalar@affa.az e-mail ünvanlarına müraciət edə bilərlər.

Region Liqasında iştirak etmək istəyən komandalar təminat məktubları (sponsor və ya dövlət qurumu, eyni zamanda, stadionla komanda arasında icarə müqaviləsi və ya stadion direktoru tərəfindən zəmanət məktubu) təqdim etməlidirlər.

AFFA-nın işçi qrupu tərəfindən aparılan araşdırmalardan sonra müsbət və ya mənfi cavab komandaya bildirilir. Komandanın iştirakı təsdiq edildikdən sonra öhdəlik kimi MMC yaradılması şərt kimi qoyulur.

Qeydiyyat prosesi 15 sentyabr 2023-cü il tarixinədək davam edəcək. Ötən il Naxçıvan bölgəini çıxmaq şərtiylə yarışda 35 iştirakçı qüvvəsini sınayıb.

Bu il iştirakçı sayının ən azı 30 olacağı gözlənilir. İndiyədək artıq 12 komanda qeydiyyatdan keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti