Rayon erməni işğalından xilas oldu, köhnə klub yenidən doğuldu

8 Oktyabr 2023 09:50 Region Liqası 1 630
Rayon erməni işğalından xilas oldu, köhnə klub yenidən doğuldu

Füzulidə köhnə klub fəaliyyətini yenidən bərpa edib.

Vaxtilə birinci liqada mübarizə aparmış «Ərgünəş» təkrar bu sahəyə dönüb.

Qarabağın erməni işğalından azad edilmiş rayonunun təmsilçisi Region Liqasında mübarizə aparmaq niyyəti ilə AFFA-ya müraciət ünvanlayıb.

Tezliklə 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən” və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti