AFFA bu komandaların gizli yollarla pul əldə etməsinin qarşısını almaq üçün… YENİ QADAĞA

16 İyun 23:40 Region Liqası 2 512
AFFA bu komandaların gizli yollarla pul əldə etməsinin qarşısını almaq üçün… YENİ QADAĞA

AFFA növbəti mövsümdən etibarən Region Liqasında yeni qadağa tətbiq etmək niyyətindədir.

Federasiya bu çempionatda əcnəbilərin çıxışına «veto» qoymağa hazırlaşır.

Hazırkı əsasnaməyə görə, son 1 iliAzərbaycanda keçirən istənilən xarici vətəndaş qeydiyyata alına bilər.

Bəzi komandalar axırıncı mövsümdə bu icazədən sui-istifadə elədi, nəticədə Afrika və İrandan olanlar futbolçu statusu ilə iştirak ərizəsinə daxil edildt.

AFFA-nın Region Liqasına məsul Təşkilat Komitəsi əvvəl-əvvəl işin üstünə düşmədi, sənədləri gözucu nəzərdən keçirdi və yalnız sezonun sonuna yaxın ictimaiyyətə məlum oldu ki, əcnəbilərin qeydiyyata alınması üçün müəyyən saxtakarlıq hallarına yol verilib.

Bu məsələnin ictimailəşməsi, təbii ki, federasiyanın ziyanına işlədi, texniki məğlubiyyət alanlar oldu. İndən belə bunu etmək çətinləşəcək.

Çünki AFFA müxtəlif məbləğlər müqabilində əcnəbiləri futbolçu kimi qeydiyyata aldıran komandaların «pul qaynağı»nı bağlamağı qarşısına məqsəd qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."