
“Difai”FK-nın prezidenti Asəf Məlikov, klubun Zaqatala üzrə nümayəndəsi Şahin Səfərov və Tovuz təmsilçisi Turqay Məmmədov AzTV-də yayımlanan “Telesəhər” verlişinin qonağı olub.
Sualları cavablandıran A.Məlikov “Difai”nin yaradılması səbəbləri haqda danışıb, bu adın Azərbaycan tarixində oynadığı rolu xatırladıb.
Bildirib ki, klub II Qarabağ Müharibəsinin iştirakçıları və qazilərinin normal həyata dönüşünü sürətləndirməq məqsədinə xidmət edir.
I Qarabağ savaşında döyüşmüş və hazırda ehtiyatda olan polkovnik kimi “Difai”nin başında dayanmış A.Məlikov futbol sahəsində görməyı planlaşdırdqıları layihələri açıqlayıb.
O, Şuşanın təmsilçisi olaraq Region Liqasında debüt etdiklərini, növbəti hədəfin I Diviziona qatılmaq olduğunu, daha sonra Premyer Liqanı düçünəcəklərini söyləyib.
SPORTİNFO.AZ