Qarabağ qəhrəmanlarının klubu I Diviziona buraxılarsa… SON SEÇİM

29 May 14:40 Region Liqası 2 039
Qarabağ qəhrəmanlarının klubu I Diviziona buraxılarsa… SON SEÇİM

Bilindiyi kimi, «Difai» növbəti mövsüm I Divizionda mübarizə aparmaq iddiasındadır.

Region Liqasının debütantı bu niyyətlə AFFA və Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

II Qarabağ Müharibəsinin döyüşçülərinin və qazilərinin doğma klubu birinci dəstədə yarışarsa, ev oyunlarını Bakıdan kənarda keçirəcəyi dəqiqdir.

«Qarabağ fatehləri»nin iki variantı var idi - ya Göygöl, ya da Şirvan. Vətən savaşının qazisi, ehtiyatda olan polkovnik Asəf Məlikovun yönətimindəki klub artıq öz seçimini edib.

Aiddiyatlı qurumlar ermənilərə qarşı vuruşmuş qəhrəmanların ərsəyə gətirdiyi komandanın I Divizionda iştirakına izn verərsə, Şirvanın böyük futbol həyatı yenidən canlanacaq.

«Difai» rəqiblərini yerli Olimpiya İdman Kompleksinin stadionunda qəbul eləyəcək. Artıq tərəflər arasında icarə müqaviləsi imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!