Bank zəmanəti ver, səni çempionata buraxaq – Region klublarından yeni tələb

25 May 2023 09:40 Region Liqası 1 078
Bank zəmanəti ver, səni çempionata buraxaq – Region klublarından yeni tələb

Növbəti mövsüm Region Liqasında qüvvəsini sınamaq istəyən komandalar AFFA-ya maliyyə hesabatı təqdim etməli olacaq.

Bu, federasiyanın yeni tələbləri arasında yer alıb.

Qurum yarımhəvəskar çempionatda yarışacaq iştirakçıların maddi durumunun sabitliyinə əmin olmaq istəyir. Çünki builki turnirin gedişində bir neçə kollektiv çıxışını yarımçıq dayandırıb.

AFFA pul sarıdan korluq çəkənlərin Region Liqasında çoxluq təşkil eləməsinin qarşısını bu yolla almaq istəyir.

Ona görə də federasiyaya müraciət ünvanlayanlar digər sənədlərlə yanaşı, bank zəmanəti də verməlidir. Bank zəmanətində minimum 20-30 min manat vəsait olmalıdır ki, AFFA onları qeydiyyata alsın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti