
Bu gün Region Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib.
AFFA-nın istəyi ilə hər iki cütün iştirakçıları Bakıda üz-üzə gəlib.
«ASK Arena»da təşkil olunan «Qusar» - «Arpaçay» qarşılaşmasını birincilər qazanıb. Şimal təmsilçisi vurduğu 1 qolla Şərur komandasını üstələyib və adını finala yazdırıb.
Kamran Əlibabayevin çalışdırdığı kollektiv həlledici görüşdə «Çinar»la münasibətlərinə aydınlıq gətirəcək.
Zəngilan klubu Bayılda yerləşən «ASCO Arena»da Şəki «Marxal»ını darmadağın edib - 5:1.
SPORTİNFO.AZ