"Xəzər Lənkəran"ın oyununda insident buna görə olub - ŞOK VİDEOLAR

18 May 2023 14:40 Region Liqası 1 542
"Xəzər Lənkəran"ın oyununda insident buna görə olub - ŞOK VİDEOLAR

"Xəzər Lənkəran"ın oyununda yaşanan insidentin səbəbi məlum olub.

Belə ki, referi Kamranbəy Rəhimov "Marxal"la cavab qarşılaşmasının (2:0) son dəqiqəsində ev sahiblərinin lehinə penalti təyin etməyib.

Nəticədə cənub təmsilçisi Region Liqasında mübarizəni ¼ final mərhələsində dayandırıb.

Şəkidəki ilk görüşdə 1:3 hesablı məğlubiyyətə uğramış "ağ-yaşıllar doğma publika önündə qələbə qazansa da, adını yarımfinala yazdıra bilməyib.

Lənkəran azarkeşi oyunun hakimliyindən kəskin narazı qalıb. Bunu yeni yayılan görüntələr də təsdiqləyir.

Tribunalardan meydana xeyli yad əşya, əhtta plastik orturacaqlar atılıb. Polislər referi Kamranbəy Rəhimov və köməkçilərini böyük çətinliklə onların əhatəsindən çıxara bilib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti