“Xəzər Lənkəran” fürsəti qaçırdı və dayandı - “Lipa“ QALMAQALININ SONU

15 May 2023 11:20 Region Liqası 1 410
“Xəzər Lənkəran” fürsəti qaçırdı və dayandı - “Lipa“ QALMAQALININ SONU

Region Liqasında ¼ final mərhələsinə yekun vuoulub.

Sonuncu vəsiqə uğrunda cütdə «Marxal» sevinib və beləcə, bütün yarımfinalçıların adları məlum olub.

Şəkidəki ilk görüş «Marxal»ın 3:1 hesablı qələbəsiylə başa çatıb. Lakin

AFFA İntizam Komitəsi bu qarşılaşmanın nəticəsini ləğv edib. Belə ki, əsasnamənin 5.3-cü maddəsinin tələbinin pozulmasına görə “Xəzər Lənkəran 42”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Müəyyən olunub ki, cənub klubu ¼ final mərhələsinin səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Bu faktın üstünü Sportinfo.az açıb. Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin iyulunda Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

"Xəzər Lənkəran"ın yetirmələri bu ilin yanvarında Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz.

İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 1 ili professional klubda forma geyinməməsi tələb olunur. Elvinlə İlyas isə cəmi 4 ay öncə Tacikistandan geri dönüb.

Lənkəranda keçirilən cavab matçı bütün bu səbəblərə görə daha dramatik və maraqlı keçib. Kamranbəy Rəhimovun idarə etdiyi oyunda ev sahibləri üstün təsir bağışlayıb.

«Xəzər Lənkəran 42» hər hissədə bir qol vurub və penaltini qaçırıb. Nəticədə 2:0 hesablı qalibiyyət onları yarımfinala daşımayıb.

«Marxal» növbəti mərhələdə Zəngilan «Çinar»ı ilə münasibətlərinə aydınlıq gətirəcək. «Qusar» isə Naxçıvandan «Arpaçay»la üz-üzə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!