İki dəfə "Xəzər Lənkəran"ın baş məşqçisi oldu, debütantla anlaşdı - SON DƏQİQƏ

13 May 2023 14:00 Region Liqası 3 781
İki dəfə "Xəzər Lənkəran"ın baş məşqçisi oldu, debütantla anlaşdı - SON DƏQİQƏ

«Xəzər Lənkəran»ın sabiq baş məşqçisi Elbrus Məmmədovun yeni iş yeri məlum olub.

Müxtəlif vxtlarda iki dəfə «ağ-yaşıllar»ı çalışdırmış sumqayıtlı mütəxəssis bundan sonra I Divizionda çalışacaq.

Axırıncı dəfə U-21 yığmasında Milan Obradoviçin köməkçisi işləmiş Məmmədov indən belə «İrəvan»ın uğurları üçün qollarını çırmalayacaq.

Yeri gəlmişkən, Azərbaycan Sənaye Koorporasiyasının (ASK) nəzdində olan «ASK Arena»nın adının dəyişdirilməsi gözlənilir.

Artıq bununla bağlı görüşmələr başlayıb. Müxtəlif səviyyəli qurumlar tərəfindən dəstəklənən «İrəvan»ın ASK ilə danışıqları, böyük ehtimalla, müsbət yekunlaşacaq.

Stadionun «İrəvan Arena» adlandırılması istisna olunmur. Bakının mərkəzində yerləşən arena və bazanın 2 il öncə yaradılmış klubun uzunmüddətli icarəsinə verilməsi planlaşdırılır.

Region Liqasının sıralarında yer almış «İrəvan»ı bu yaydan etibarən birinci dəstə mənsubları arasında görəcəyik.

Qərbi Azərbaycanın paytaxtınıın eyniadlı təmsilçisinin bununla bağlı AFFA və Peşəkar Futbol Liqasına ünvanladığı müraciət müsbət cavablandırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti