“Sportinfo” fırıldağın üstünü açdı, baş katib nəzarətə götürdü, ilk qərar verildi

5 May 2023 21:20 Region Liqası 1 794
“Sportinfo” fırıldağın üstünü açdı, baş katib nəzarətə götürdü, ilk qərar verildi

“Xəzər Lənkəran 42” və “Marxal” arasında keçirilməli olan Region Liqasının ¼ final mərhələsinin cavab qarşılaşması təxirə salınıb.

Görüş öncədən nəzərdə turulduğu kimi, mayın 7-də, saat 15:3-da baş tutmayacaq. Və ümumiyyətlə, bu matçın təşkili sual altındadır.

Buna səbəb ¼ final mərhələsinin ilk oyununda baş verən hadisədir. Cənub klubu "Marxal"la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin yanvarında Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

"Xəzər Lənkəran"ın yetirmələri bir müddət öncə Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz.

İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 1 ili professional klubda forma geyinməməsi tələb olunur. Elvinlə İlyas isə cəmi 4 ay öncə Tacikistandan geri dönüb.

Bu faktın üstünü Sportinfo.az açıb. Saytımızın ortaya qoyduğu faktlara AFFA-nın baş katibi Sərxan Hacıyev həssas yanaşıb.

Məhz onun müdaxiləsindən və göstərişindən sonra federasiyanın müvafiq orqanları bununla bağlı araşdırmaya başlayıb.

Artıq hər iki kluba oyunun təxirə salınması haqda məlumat verilib. Bildirilib ki, görüşün nə vaxt təşkil olunacağı məlum deyil.

Sərxan Hacıyev nədənsə qorxub çəkinməsə, yəni, ədalətli araşdırma getsə, “Xəzər Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək və çempionatdan kənarlaşdırılacaq.

Çünki adlarını yuxarıda çəkdiyimiz oyunçular yarışın 1/8 final mərhələsində “Ağsu 06” ilə qarşılaşmalarında da meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"