Millimizin kapitanı: "Ola bilsin, müəyyən mənada tələskənlik və həyəcan var idi"

2 May 2023 20:40 Region Liqası 785
Millimizin kapitanı: "Ola bilsin, müəyyən mənada tələskənlik və həyəcan var idi"

Ölkəmizdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnir keçirilir.

10 komandanın iştirak etdiyi yarışın ilk oyun günündə Azərbaycan və Çexiya milliləri üz-üzə gəlib.

Kifayət qədər gərgin, maraqlı, bol qol epizodlu qarşılaşmada qapılara top vurulmayıb.

Tunirdə ilk oyununu keçirən son Avropa çempionu olan millimizin qapıçısı və kapitanı Davut Kərimi matçla bağlı fikirlərini Sportinfo.az-a açıqlamasında dilə gətirib:

“Mən ilk növbədə bu cür möhtəşəm turnirin keçirilməsinə əməyi olan təşkilatçılara və axşam saatlarında komandamızı dəstəkləmək üçün arenaya gələn azarkeşlərə təşəkkür edirəm.

Həqiqətən möhtəşəm ab-havaya şahidlik etdik. O cür atmosferdə oynamaq inanılmaz dərəcədə xoş idi.

Oyuna gəlincə, Çexiya həqiqətən çox güclü rəqibdir. Reytinq sıralamasında ilk “3-lük”də qərarlaşıb.

İlk dəfə idi azarkeşlərimizin qarşısında çıxış edirdik. Ola bilsin, müəyyən mənada tələskənlik və həyəcan var idi.

Fikrimcə, qol şanslarından istifadə edə bilməməyimiz yekun nəticədə özünü göstərdi. İnşallah, növbəti oyunlarda qazanacağımız qələbələrlə azarkeşlərimizi sevindirəcəyik”.

Ulu öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan beynəlxalq turnir 1-6 may aralığında nəzərdə tutulub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!