"Xəzər Lənkəran 42" AFFA-ya FIRILDAQ GƏLDİ – ŞOK FAKT!

2 May 2023 15:00 Region Liqası 2 534
"Xəzər Lənkəran 42" AFFA-ya FIRILDAQ GƏLDİ – ŞOK FAKT!

AFFA "Xəzər Lənkəran 42"yə texniki məğlubiyyət verə bilər.

Buna səbəb Region Liqasının ¼ final mərhələsinin ilk oyununda baş verən hadisədir.

İş ondadır ki, cənub klubu "Marxal"la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin yanvarında Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib. "

Xəzər Lənkəran"ın yetirmələri yaxınlarda Orta Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, bu çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz. İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 2 ili professional klubda forma geyinməməsi tələb olunur.

Bildiyimizə görə, AFFA artıq bu məsələni araşdırır. Böyük ehtimalla, «Xəzər Lənkəran 42»yə 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Söz vaxtına çəkər. AFFA İntizam Komitəsi ötən ilin mayında Region Liqasında çıxış edən "Araz Naxçıvan"ı məhz oxşar fakta görə cəzalandırıb:

"15.05.2022-ci il tarixində Region Liqasının yarımfinalında “Xan Lənkəran”la oyundan sonra aparılmış araşdırmalar zamanı “Araz-Naxçıvan”ın heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun 2021/22 mövsümü ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib.

“Araz-Naxçıvan”ın heyətində bu mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib”.

"Araz Naxçıvan" yarımfinalda "Xan Lənkaran"a 2:1 hesabı ilə qalib gəlmişdi. Lakin klub texniki məğlubiyyət aldığı üçün finalda "Xan Lənkəran" "Cəbrayıl"la üz-üzə gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti