
Region Liqasında ¼ final mərhələsinə start verilib.
Yarışın favoritlərindən sayılan «Xəzər Lənkəran 42» Şəkidə keçirilən ilk oyunda «Marxal»a 1:3 hesabıyla uduzub.
Həvəskar məşqçi Kamran Əlibabayevin çalışdırdığı «Qusar» isə Siyəzəndə «Füzuli»nin müqavimətini qıra bilməyib (1:1) və yarımfinala vəsiqə qazanmaq şansını çətinə salıb.
Peşəkar Futbol Liqasının gələn mövsüm I Divizion iştirakçıları arasında görmək istədiyi «Karvan» da Bakıdan məyuvs dönüb. Zəngilan «Çinar»ı Yevlax təmsilçisinin qapısından 2 cavabsız top keçirib.
SPORTİNFO.AZ