Region Liqasında son xoşbəxt rayon komandası oldu

28 Aprel 2023 23:00 Region Liqası 1 683
Region Liqasında son xoşbəxt rayon komandası oldu

Region Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

«Marxal» Şəkidə «Qobustan»ı qəbul edib.

Səfərdəki qarşılaşmada 1:1 hesablı bərabərliyə imza atmış şəkililər doğma publika önündə qələbəyə sevinib.

Beləcə, 1/4 final mərhələsinin 3 cütü müəyyənləşib. Aprelin 29-da «Qusar» və «Füzuli» Siyəzən şəhər stadionunda üz-üzə gələcək.

1 gün sonra Zəngilan «Çinar»ı «ASK Arena»nın dördüncü meydançasında «Karvan»la münasibətlərinə aydınlıq gətirəcək.

Həmin gün «Marxal» evdə «Xəzər Lənkəran 42» ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu