
Region Liqasında ¼ final mərhələsinin 3 cütü müəyyənləşib.
«Karvan»la «Çinar» yarımfinala vəsiqə uğrunda üz-üzə gələcək.
Həmçinin «Qusar»la «Füzuli» münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi finala gedən yolda Naxçıvan bölgəsinin lideri ilə qarşılaşacaq.
«Ağsu 06»nı mübarizədən kənarlaşdırmış «Xəzər Lənkəran 42» ya «Marxal»la, ya da «Qobustan»la mücadilə edəcək.
Çünki adlarını çəkdiyimiz komandalar arasında pley-off mərhələsinin cavab görüşü hələ keçirilməyib. İlk matçda isə 1:1 hesabı qeydə alınıb.
SPORTİNFO.AZ