İcra başçısı 1000 manat "ənam" verdi, deputatlar və iş adamları isə…

19 Aprel 2023 09:40 Region Liqası 728
İcra başçısı 1000 manat "ənam" verdi, deputatlar və iş adamları isə…

Füzulinin icra başçısı Alı Alıyev rayonun eyniadlı komandasını mükafatlandırıb.

O, Region Liqasında pley-off mərhələsini adlayan kollektivə 1000 manat «ənam» veri b.

Həmçinin rayonun deputatlarının və iş adamlarının da futbolçuları maddi cəhətdən sevindirməsi gözlənilir. Hər halda onlara belə deyilib, onlar da bizə belə deyib.

«Füzuli» pley-offda «Şirvanovka» ilə qarşılaşıb. Qarabağ təmsilçisi ilk görüşdə 0:1 hesabıyla uduzsa da, Qusarda revanş götürə bilib.

Əsas vaxtı 1:0-lıq üstünlüklə bitirən qonaqlar penaltilər seriyasında məqsədinə çatıb - 6:5.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!