Bu komandalar Region Liqasında növbəti mərhələyə yüksəldi

17 Aprel 2023 23:40 Region Liqası 3 184
Bu komandalar Region Liqasında növbəti mərhələyə yüksəldi

Region Liqasında pley-off mərhələsinə yekun vurulub.

«Karvan» Yevlaxda «Neftçala»nın qapısından 4 cavabsız top keçirib.

Səfərdəki ilk görüşdə də 2:1 hesablı qələbə qazanmış Kənan Kərimovun komandası adını növbəti mərhələyə yazdırıb.

«Çinar» də bu siyahıdadır. Zəngilan təmsilçisi Şəmkirdə üstələdiyi (1:0) «Qala»nı bu dəfə də 4:1-lə keçib.

«Qusar» Siyəzəndə «Arazla 3:3 edib. Saatlıda 2:0 udmuş şimal kollektivi pley-offu adlayan tərəf olub.

«Xəzər Lənkəran 42» doğma məkanda «Ağsu 06» ilə üz-üzə gəlib.

Ağsudakı ilk matçda 1:1 etmiş «ağ-yaşıllar» yerli publika önündə 2:1 hesablı qələbəyə sevinib və mərhələ adlayıb.

«Şirvanovka» isə yarışla erkən vidalaşıb. Bakıda «Füzuli»ni 2:1 üstələmiş Qusarın kənd komandası bu nəticəni evdə təkrarlaya bilməyib.

Füzulilər əsas vaxtı 1:0 hesabıyla öz xeyrinə bitirib. Cütün taleyinə yalnız penaltilər seriyasında aydınlıq gəlib. Burada daha üstün olan (6:5) qonaqlar adını növbəti raunda yazıb.

Pley-offun digər iştirakçılarından «Qobustan»la «Marxal» hələlik ilk oyunu keçirib. Tərəflər meydandan 1:1-lik bərabərliklə ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti