
Region Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
«Xəzər Lənkəran 42» doğma məkanda «Ağsu 06» ilə üz-üzə gəlib.
Ağsudakı ilk matçda 1:1 etmiş «ağ-yaşıllar» yerli publika önündə 2:1 hesablı qələbəyə sevinib və mərhələ adlayıb.
«Şirvanovka» isə yarışla erkən vidalaşıb. Bakıda «Füzuli»ni 2:1 üstələmiş Qusarın kənd komandası bu nəticəni evdə təkrarlaya bilməyib.
Füzulilər əsas vaxtı 1:0 hesabıyla öz xeyrinə bitirib. Cütün taleyinə yalnız penaltilər seriyasında aydınlıq gəlib.
Burada daha üstün olan (4:1) qonaqlar adını növbəti raunda yazıb.
SPORTİNFO.AZ