Lənkəranda klub yaratmış biznesmen: "Mənim adımla ölü liqanı diriltməyə ehtiyac yoxdur"

2 Noyabr 2023 11:40 Region Liqası 2 809
Lənkəranda klub yaratmış biznesmen: "Mənim adımla ölü liqanı diriltməyə ehtiyac yoxdur"

«Xan Lənkəran»ın yaradıcısı Pərviz Hüseynov futbol sektoruna dönüşü barədə yayılan iddialara reaksiya verib.

İlyarım öncə bu sahədən çəkilmiş gənc iş adamı «Lənkəran»ı maliyyələşdirmədiyini bildirib.

Hazırda həm Türkiyədə, həm də Rusiyada biznes fəaliyyəti göstərən lənkəranlı biznesmen növbəti mövsümdən Region Liqasında mübarizə aparacaq komandayla heç bir əlaqəsinin olmadığını söyləyib:

«Azərbaycanda böyük futbol arenasına qayıtmaq fikrində deyiləm. Bir-birinizi səhv məlumatlandırmayın. Mənim adımla ölü liqanı diriltməyə ehtiyac yoxdur».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti