Bölgədə yeni komanda, əsl futbol sevgisi - "Araz"dan VİDEO

12 Aprel 2023 11:40 Region Liqası 11 844
Bölgədə yeni komanda, əsl futbol sevgisi -  "Araz"dan VİDEO

Növbəti mövsüm I Divizionda qüvvəsini sınamaq istəyən komandaların sıraları durmadan genişlənir.

Bu iddiaya düşənlərdən biri də «Araz»dır.

Region Liqasının dördillik iştirakçılarından biri olan Saatlı təmsilçisi yeni niyyəti ilə AFFA və Peşəkar Futbol Liqasını tanış edib.

Adını çəkdiyimiz rayon futbol səhnəsində qalıcı olmaq istəyir. Bunun üçün normal şərait mövcuddur. Stadion və azarkeş sarıdan korluq çəkmirlər.

Olimpiya Kompleksi komandanın ixtiyarındadır. Yerli əhali də «Araz»ın yanındadır.

Region Liqasının pley-off mərhələsinin «Qusar»la ev oyunu hər şeyi gözlər önünə sərdi.

Qarşılaşmanı minlərlə futbolsevər izlədi. Həmin görüntülər 2 gündür sosial şəbəkələrdə geniş yayılıb və böyük maraqla qarşılanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti