
Region Liqasında pley-off mərhələsində ilk oyunlar arxada qalıb.
Turun ən çox maraqla qarşılanan matçı Saatlıda keçirilib.
«Araz» burada «Qusar»la görüşüb. Qusarın eyniadlı təmsilçisi səfərdən 2:0 hesablı qələbəylə ayrılıb və növbəti mərhələyə yüksəlmək şansını xeyli yaxşılaşdırıb.
Saatlıda bu qarşılaşmanı 3000 mindən çox azarkeş izləyib. Oyundan öncə stadionda konsert proqramı təşkil olunub.
7-8 müğənni səhnə alıb və arenaya toplaşanların zövqünü oxşayıb.
Fanatların bura axını polis əməkdaşlarını daha diqqətli olmağa sövq edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: