Region Liqasının neçə komandası I Divizionda oynamaq istəyir?

21 Mart 2023 21:00 Region Liqası 1 417
Region Liqasının neçə komandası I Divizionda oynamaq istəyir?

Bu mövsüm Region Liqasının iştirakçısı olan 10 komanda AFFA ilə təmasa keçib.

Yarımhəvəskar turnirin iştirakçıları I Divizionda yarışmaq iddiasını ortaya qoyub.

Federasiyanın gələn sezon birinci dəstədə mübarizə aparacaq kollektivlərə 300 min manat yardım ayıracağını eşidən Region Liqasının mənsubları əməlli-başlı əl-ayağa düşüb.

Premyer Liqanını əvəzedici heyətləri I Divizionun tərkibindən çıxacaq. Gələn «futbol ili»dən etibarən onların çempionatı yenidən bərpa olunacaq.

Belədə «dublyorlar»ın yerini Region Liqasının 4 nümayəndəsi tutacaq. AFFA I Divizionda maksimum 10 komandanın yarışacağı barədə qərarını bir müddət əvvəl açıqlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”