
Yeni yaradılan « Xəzər Lənkəran 42»nin əsas dəstəkçilərinin kimliyi bilinib.
Məlum olub ki, Region Liqasının debütantı əsasən 3 şəxs tərəfindən maliyyələşdirilir.
«Palmali»nin sahibi Mübariz Mənsimov onların başında gəlir.
«Xəzər Lənkəran»ın fəxri prezidenti ilə yanaşı, «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov və Elvin adlı şəxs (hələlik soyadını dəqiqləşdirə bilməmişik) «yaşıllar»a vəsait ayırır.
Cənub zonasında mübarizə aparan «Xəzər Lənkəran 42»nın direktoru Höccət Hacıyev Mübariz Mənsimovun yaxın qohumudur.
O, 2004-2016-cı illərdə «Xəzər Lənkəran»da müxtəlif vəzifələr tutub. İcraçı direktor, vitse-prezident stadion direktoru olaraq çalışıb.
SPORTİNFO.AZ