Region komandaları AFFA-dan pulunu ala bilmir

30 Dekabr 2022 09:20 Region Liqası 713
Region komandaları AFFA-dan pulunu ala bilmir

Region Liqasında ilk dövrə başa çatıb.

Beş bölgəni əhatə edən çempionatın iştirakçılarının gözü hələ də yoldadır.

AFFA komandalara vəd etdiyi vəsaiti verməyib. Məsələ burasındadır ki, federasiya yarış mənsublarına hər oyuna görə 300 manat ödəməyi öz üzərinə götürüb.

Qurum onları top və inventarla təmin etməyi öz üzərinə götürsə də, maliyyə çatışmazlığını əsas gətirərək, üst-üstə toplanan 1500-1800 manatı hesaba köçürməyib.

Bu mövsümdən yarışmaya qatılan klublar Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçib.

Region Liqasında çıxış edən bütün futbolçularla müqavilələr imzalanıb, vergi ödəyicilərinə çevriliblər.

SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”