“Xan Lənkəran”ın prezidentindən AFFA-ya iynəlı “dollar atmacası” - VİDEO

9 İyul 2022 20:20 Region Liqası 2 076
“Xan Lənkəran”ın prezidentindən AFFA-ya iynəlı “dollar atmacası” - VİDEO

“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov AFFA ilə başlatdığı “müharibə”ni davam etdirir.

Gənc iş adamı cənub təmsilçisinin Birinci Diviziona buraxılmaması ilə heç cür razılaşmır, xərclədiyi yüzminlərin və gördüyü işlərin qarşılığında klubuna qarşı güzəşt tələb edir.

Buna qədər sosial şəbəkə hesablarında etdiyi çıxışlar zamanı dəfələrlə assosiasiya rəhbərliyini “aö yuyub, qara sərən” Hüseynov növbəti dəfə diqqətləri üzərinə çəkib.

O, paylaşdığı videoda dollar əskinaslarının havada uçuşduğunu göstərərək, “Mən AFFA-ya birinci dəfə gələndə” sözlərini yazıb.

Pərviz bəyin paylaşımını müxtəlif cür başa düşmək olsa da, ilk baxışda gənc prezidentin “AFFA-nı pulla “basdıraram” demək istədiyi anlaşılır.

Buyurun, siz də baxın, nəticəni birlikdə çıxaraq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!