AFFA Lənkəran klubuna sponsor axtarır – YENİ GƏLİŞMƏ

11 Oktyabr 2021 11:40 Region Liqası 2 412
AFFA Lənkəran klubuna sponsor axtarır – YENİ GƏLİŞMƏ

AFFA böyük futbolun Lənkərana qayıtmasıı planı üzərində işləyir.

Yeni yaradılan "Xan Lənkəran"ın Region Liqasına buraxılması bu istiqamətdə atılan ilk addımdır.

Federasiya bu klubun 2016-cı ildə fəaliyyətini dayandıran "Xəzər Lənkəran"ın yerini tutmasında maraqlıdır.

Bilindiyi kimi, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov oktyabrın 4-də Lənkəran rayonuna səfər çərçivəsində "Xan Lənkəran"ın nümayəndələri ilə görüşüb.

Görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib. Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra Region Liqasında iştirak edəcək.

Elxan Məmmədov bildirib ki, klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcək.

Redaksiyamıza daxil olan məlumata görə, federasiya "Xan Lənkəran"ın maliyyə dayaqlarını gücləndirmək məqsədilə artıq indidən bir sıra şirkətlərlə təmasa keçib.

Siyahı genişdir və hamısı yerli biznes qurumlarıdır. Məqsəd yeni yaradılan komandanın gələn mövsüm I Divizionda iştirakını təmin etməkdir. AFFA ümidlidir ki, sponsor axtarışı uzun çəkməyəcək.

Vaxtilə "Xəzər Lənkəran"ın timsalında cənub publikasının futbola sevgisini görən federasiya başbilənləri şirkətlərin bu təklifi geri çevirməyəcəyini düşünür.

Çünki ortada "Palmali" kimi brendə çevrilən bir nümunə var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"