"İstəyimiz odur ki, bölgə klubları yavaş-yavaş…"

10 Oktyabr 2021 19:00 Region Liqası 973
"İstəyimiz odur ki, bölgə klubları yavaş-yavaş…"

“Doğrudur, bu çempionatda həvəskar statuslu komandalar çıxış edir, amma biz çalışıırıq ki, təşkilatçılıq peşəkar səviyyədə olsun“.

Bu sözləri Sportinfo.az-a açııqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev deyib.

Onun bildirdiyinə görə, federasiya Region Liqasının səviyyəsinin artmasıında və inkişaında maraqlıdır:

“Burada əsasən əyalət komandaları iştirak edir. Sevindirici haldır ki, ötən mövsümlərdə mübarizə aparmış bölgə təmsilçiləri yenə buradadır.

AFFA keçən illərdə onları inventar və digər zəruri texniki vəsaitlərlə təmin edib. Bu mövsüm də həmin işlər görüləcək.

Həm də istəyimiz odur ki, klublar yavaş-yavaş peşəkarlaşsın. Onları ıindidən buna hazırlayırıq. Bu səbəbdən qediyyat məsələsində tələb və şərtlərimizi konkret olaraq müəyyənləşdirmişik.

Zəmanət məktubu mütləqdir. Yerli İcra Hakimiyyəti və ya hansısa biznes strukturu komandanın fəaliyyətini dayandırmayacağına təminat verməlidir».

Digər Xəbərlər
Xəbər Lenti