"Qəbələ" 8 ildən sonra...

26 Oktyabr 2020 14:50 Qəbələ 555
"Qəbələ" 8 ildən sonra...

“Qəbələ” Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, ilk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdır.

Bunadək 4 komanda startda belə sülhsevərlik nümayiş etdirib. İlk olaraq 1993/94 mövsümündə "Neftçi" yarışın başlanğıcında 7 oyunundan beşində 1 xal əldə edib.

2006/07 mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz” də startda 5 bərabərlik müəllifi olub. “Qəbələ”dən öncə son belə komanda “Bakı” olub.

8 il öncə -2012/13 mövsümündə “zolaqlılar” ilk 7 matçda 5 dəfə heç-heçə edib. “Qəbələ” 7 oyunda 5 heç-heçə edib və 2 dəfə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti