Qurbanov qəbulda oldu, Elxan Məmmədovdan iş istədi

15 Fevral 2020 15:34 Qəbələ 1 054
Qurbanov qəbulda oldu, Elxan Məmmədovdan iş istədi

"Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov AFFA-dan kömək istəyib.

Bu barədə federasiyadan Sportinfo.az-a məlumat verilib.

Bildirilib ki, mövsümün əvvəlində əyalət təmsilçisindən ayrılan mütəxəssis icraçı vitse-prezident və baş katib Elxan Məmmədovun qəbulunda olub. O, qurum rəhbərindən iş istəyib.

Ötən "futbol ili"ndə "Qəbələ"yə ölkə kubokunu qazandırdığını söyləyən Qurbanov çalışmaq və özünü bir daha göstərmək niyyətində olduğunu söyləyib.

Məmmədov onu anlayışla qarşılayıb və fikirlərini dəstəklədiyini deyib. İcraçı vitse-prezident bu barədə düşünəcəklərini və vakant yer olarsa, namizədliyini nəzərdən keçirəcəklərini Qurbanovun diqqətinə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti