"Qəbələ" 13-ü sevəcəkmi?

15 Fevral 2020 09:14 Qəbələ 598
"Qəbələ" 13-ü sevəcəkmi?

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq.

“Qırmızı-qaralar” tarixdə 13-cü dəfə Bakı təmsilçisi ilə görüşəcək. İndiyədək iki rəqib arasında 12 matç baş tutub. Bu qarşılaşmalarda üstünlük “Qəbələ”nin tərəfindədi.

7 dəfə paytaxt təmsilçisinə qalib gələn “Qəbələ” 3 heç-heçə edib və 2 matçda uduzub. Rəqib qapısından 23 top keçirən əyalət futbolçuları 11 qol buraxıblar. Komandanın ən yaxşı bombardiri “Səbail”in qapısına 6 qol vuran Baqali Dabodu. Famussa Kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

Əvvəlki oyunlardan ikisi Azərbaycan kuboku, onu Premyer Liqa çərçivəsində keçirilib. Çempionatdakı görüşlərdən beşində qələbə qazanan “Qəbələ” üç heç-heçə edib və iki dəfə uduzub. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədi – 18:9.

Səfərdəki 6 matçda 2 qələbə və 2 heç-heçəsi olan komanda 2 dəfə məğlub olub. Rəqib meydanında 10 qola sevinən “Qəbələ” futbolçuları 8 top buraxıblar. Fevralın 16-da keçiriləcək “Səbail” – “Qəbələ” görüşünə saat 16:30-da start veriləcək.

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

2018/19 mövsümü

12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!