"Qəbələ"nin qol problemini çözəcək yeni adam - VİDEO

12 Fevral 2020 10:10 Qəbələ 1 025
"Qəbələ"nin qol problemini çözəcək yeni adam - VİDEO

Dünən “Qəbələ” heyətinə daha bir legioner qatıb.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib.

29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb. “Union Espanyola” nin yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb.

2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib.

Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. Rodriqo Çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu