"Qəbələ" Çili yığmasının hücumçusunu gətirdi - 1,5 illik

11 Fevral 2020 17:08 Qəbələ 1 056
"Qəbələ" Çili yığmasının hücumçusunu gətirdi - 1,5 illik

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib.

29 yaşlı çilili oyunçu ilə 1,5 illik müqavilə imzalanıb. “Union Espanyola” klubunun yetirməsi olan forvard peşəkar karyerasına bu komandada başlayıb.

2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Qattas sonradan ölkəsində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib.

Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış oyunçunun son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub.

O, Çili yığmasının da formasını geyinib. Hücumçu 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!