PSJ-də yetişdi, milliyə düşdü, Azərbaycan klubuna gəldi – VİDEO-BLOQ

5 Fevral 2020 10:10 Qəbələ 1 282
PSJ-də yetişdi, milliyə düşdü, Azərbaycan klubuna gəldi – VİDEO-BLOQ

“Qəbələ” dünən heyətinə daha bir legioner qatıb.

Sportinfo.az xəbər verir ki, qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikolas Rayselin keçidini rəsmiləşdirib.

27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. Fransada anadan olan vinger PSJ-nin yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Union Sent Jiluaz”ın (2015-2017) formasını geyinib.

2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib.

O, cari mövsümün ilk yarısında da “Ostende” formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti