"Milla" 4 gün əvvəl "Qəbələ"nin yeni titul sponsoru oldu.
Ötən ilin sonunda “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verdi.
Süd məhsulları istehsalında lider marka olan “Milla” artıq "qırmızı-qaralar"ın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir.
Buna görə, əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin loqosu əks olunub.
Sportinfo.az-ın məlumatına görə, ölkə kubokunun sahibi yeni anlaşmadan 500 min manat irəli düşüb.
Bu, “Milla”nın cari mövsümü başa vurması üçün “qırmızı-qaralar”a ayırdığı vəsaitdir. Gələn sezon üçün həmin məbləğin 1 milyon manat təşkil etməsi nəzərdə tutulub.

