PSJ-nin yetirməsi Azərbaycan klubunda - RƏSMİ

4 Fevral 2020 16:14 Qəbələ 898
PSJ-nin yetirməsi Azərbaycan klubunda - RƏSMİ

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qış "transfer pəncərəsi"ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikolas Rayselin keçidini rəsmiləşdirib. 27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Fransada anadan olan vinger PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib.

O, cari mövsümün ilk yarısında da “Ostende” formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu