"Qəbələ"nin yeni transferi komandaya qoşuldu - 1,5 illik müqavilə bağlanacaq

4 Fevral 2020 14:50 Qəbələ 1 213
"Qəbələ"nin yeni transferi komandaya qoşuldu - 1,5 illik müqavilə bağlanacaq

"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, əyalət təmsilçisinin transfer etmək istədiyi sloveniyalı yarımmüdafiəçi Nikolya Raysel artıq komandanın düşərgəsindədir. Məşqlərdə iştirak edən 26 yaşlı vingerlə müqavilənin son detalları müzakirə olunur. Onunla 1,5 illik sözləşmə imzalanacaq.

Fransada doğulan Raysel PSJ-nin yetirməsidir. Onun sonuncu klubu Belçika "Ostende"si olub.

Digər Xəbərlər
Xəbər Lenti