"Qəbələ" daha bir legionerlə vidalaşır - RƏSMİ

3 Fevral 2020 17:19 Qəbələ 1 350
"Qəbələ" daha bir legionerlə vidalaşır - RƏSMİ

"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Bu barədə Sportinfo.az-a komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib. O bildirib ki, kot-d`İvuarlı hücumçu Kristian Kuakunun göndərilməsi gündəmdədir:

"Kuakunun komandadan gedəcəyi gözlənilir. Hansısa klubla danışıq aparıb-aparmadığını bilmirəm. Amma bir neçə gündür bizimlə məşq etmir. Rəhbərlik özü onunla danışır. Rəsmi açıqlama yaxın vaxtlarda veriləcək".

Ötən yay Çexiyanın "Karvina" klubundan transfer olunan afrialı forvard mövsümün ilk yarısında nadir hallarda meydana çıxıb. Ayağında xroniki zədəsi və psixoloji problemləri olan 28 yaşlı futbolçu ilə çempionatın startı ərəfəsində 1+1 illik müqavilə imzalanmışdı. Onun "Qəbələ"dəki aylıq məvacibi 10 min dollardır.

"Qırmızı-qaralar" qış fasiləsində Davit Volkov və İbrahima Niasse ilə də yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti