"Komandaya yeni hücumçu qoşulacaq" - ELMAR BAXŞIYEV

2 Fevral 2020 18:07 Qəbələ 769
"Komandaya yeni hücumçu qoşulacaq" - ELMAR BAXŞIYEV

Premyer Liqanın XV turunun “Qəbələ” - “Keşlə” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis görüş barədə aşağıdakı fikirləri səsləndirib.

“Təlim-məşq toplanışından sonra çempionatda ilk oyunumuz idi. İki fərqli hissə izlədik. İlk yarıda komanda şəklində istədiyimiz bir az alınmadı. Komanda toplanışda gördüyümüz oyunu ikinci hissədə göstərməyə başladı. Bunun səbəbi ilk oyun olmasıdır. Ola bilər ki, yoldaşlıq görüşləri ilə rəsmi matçlar arasında bir az fərq var. Ona görə bunu həyəcanla əlaqələndirərdim. İnanırıq ki, komanda qışa qədər göstərdiyi futbolu nümayiş etdirməyə davam edəcək. Premyer Liqanın ən gənc komandasıyıq. Heyətimiz əsasən akademiyanın yetirmələrindən qurulub. Biz komandaya inanırıq. Daha da yaxşı oyun göstərib qələbələr qazanacağıq. Çempionatda mümkün qədər yüksək yer tutmağa çalışacağıq. Kuboka hələ çox var və bu haqda düşünmürük”.

Baxşıyev heyətin yeni futbolçu ilə gücləndirilə biləcəyini də qeyd edib: “Heyətimiz geniş deyil. Ehtiyat qüvvəmiz azdır. Hər məşqçi komandada rəqabətin artmağını istəyər. Oyunçular rəqabət olduqca öz üzərində işləyib artırırlar. Komandaya yeni hücumçunun qoşulacağı gözlənilir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"