Fransanın məşhur klubundan Azərbaycana gələn - VİDEO

31 Yanvar 2020 10:10 Qəbələ 1 614
Fransanın məşhur klubundan Azərbaycana gələn - VİDEO

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib.

27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1.5 illik müqavilə imzalanıb. Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib.

Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib. “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti