5000 dollara görə yenə Azərbaycanı tərk etdi - RƏSMİ

30 Yanvar 2020 11:20 Qəbələ 1 624
5000 dollara görə yenə Azərbaycanı tərk etdi - RƏSMİ

Qış fasiləsində "Qəbələ"dən ayrılan İbrahima Niassenin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi "Lamiya"ya keçib.

31 yaşlı futbolçu Yunanıstan klubu ilə 2 illik müqavilə imzalayıb. Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə dönmüşdü.

"Everton"da oynayan məşhur futbolçu Omar Niassenin böyük qardaşı olan İbrahima 2012-2013 mövsümündə "İnter" (indiki "Keşlə"), 2013/14 mövsümündə isə "Qəbələ"də oynayıb.

Afrikalı ilə "Zirə" və "Sabah" yaxından maraqlanırdı. Ona 10 min dollar civarında maaş təklif olunmuşdu. Seneqallı legioner 15 min dollar tələb edincə, danışıqlar alınmamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti