"Volkovun gedişi ilə mənim yolum..." - ÜLVİ İSGƏNDƏROV

29 Yanvar 2020 15:49 Qəbələ 849
"Volkovun gedişi ilə mənim yolum..." - ÜLVİ İSGƏNDƏROV

"Qış təlim-məşq toplanışı komanda üçün çox yaxşı keçdi" - bu sözləri Sportinfo.az saytına açıqlamasında "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

22 yaşlı forvard Antalyada keçirilən toplanışda baş məşqçinin tapşırıqlarını yerinə yetirdiklərini düşündüyünü deyib.

"4 yoldaşlıq oyunu keçirdik. Mənə elə gəlir ki, məşqçilərin verdikləri tapşırıqları yerinə yetirdik. Komandamızın heyəti 70-80 faiz gənc futbolçulardan təşkil olunub. Ona görə də hamı istəklidir, əzmkarlıq var. Mövsümün qalan hissəsinə tam hazır olduğumuzu deyə bilərəm".

Ülvi "Qəbələ"nin əsas hücumçusu - 5 qolla Premyer Liqanın bombardirləri sırasında yer alan Davit Volkovun "Zirə"yə keçidi barədə bunları deyib: "Düzdür, o, komandamızın əsas hücumçusu idi. Getdi, uğurlar arzulayıram. Onun gedişi ilə mənim yolumun açılıb-açılmayacağını deyə bilmərəm. Hər şey məşqçilər korpusunun qərarından asılıdır. Təbii ki, hər bir futbolçu daim oynamaq istəyər".

Digər Xəbərlər
Xəbər Lenti