"Qəbələ"li Rafiz Premyer Liqada bürünc qazandı

29 Yanvar 2020 14:53 Qəbələ 481
"Qəbələ"li Rafiz Premyer Liqada bürünc qazandı

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafiz Həsənov növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Fransanın paytaxtı Parisdə keçirilən Karate1 Premyer Liqa turnirinin bürünc medalına sahib olub.

67 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşdə Əmir Mehdizadəyə (İran) 2:1 hesabı ilə qalib gəlib. Ardına Luka Mareskaya (İtaliya) 1:4 hesabı ilə uduzan karateçimiz təsəlliverici görüşlərə qatılıb.

Marvin Qarini (Fransa) 4:3, Jihvan Lini (Koreya) 2:0 hesabı ilə məğlub edən Rafiz bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. Son qarşılaşmasında Vinisius Fiqueyrani (Braziliya) 4:2 hesabı ilə üstələyən Həsənov yarışın bürünc medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti