"Qəbələ"dən növbəti transfer - BAXŞIYEV AÇIQLADI

27 Yanvar 2020 19:18 Qəbələ 2 379
"Qəbələ"dən növbəti transfer - BAXŞIYEV AÇIQLADI

"Qəbələ" baxışda olan Yaovi Akakpo ilə bağlı qərar verilib. Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis toqolu yarımmüdafiəçini saxlayacaqlarını bildirib: "Akakpo komandada qalacaq. Potensialı olan gənc futbolçudur".

Baxşıyev "Qəbələ" ilə müqaviləsi başa çatan İbrahima Niassenin yenidən komandaya qayıdıb-qayıtmayacağına da aydınlıq gətirib: "Niasse hazırda bizim gündəmimizdə olan futbolçu deyil. Nə vaxt özü qayıtmaq istəsə, onda bu variantı dəyərləndirə bilərik".

Baş məşqçi qarşıdakı günlərdə komandaya yeni oyunçuların qoşula biləcəyini də istisna etməyib. O, mümkün transferlərin mövqelərini də açıqlayıb: "Komandaya yeni futbolçuların qoşulması mümkündür. Əsasən yarımmüdafiə və hücum xəttini gücləndirmək istəyirik".

Gənc çalışdırıcı "Qəbələ"nin yetirməsin olan Amil Yunanovun yenidən əyalət təmsilçisinə dönəcəyi ilə bağlı xəbərə də münasibət bildirib: "Amillə danışığımız olub, amma razılaşmamışıq. Bu məsələ artıq bağlanıb".

Digər Xəbərlər
Xəbər Lenti