"Qəbələ" toplanışa 2:2 ilə yekun vurdu

25 Yanvar 2020 20:29 Qəbələ 685
"Qəbələ" toplanışa 2:2 ilə yekun vurdu

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar” Antalya toplanışında sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib. "Arkadia” meydançalarında baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.

Xatırladaq ki, bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlib.

Yoxlama oyunu

25 yanvar

18:30. “Qəbələ” – “Konkordiya” (Rumıniya) - 2:2

Qollar: Asif Məmmədov, 21. Amin Seydiyev, 52

“Arkadia” meydançaları

Digər Xəbərlər
Xəbər Lenti