Bu da “Qəbələ”dən son...

25 Yanvar 2020 09:42 Qəbələ 622
Bu da “Qəbələ”dən son...

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya toplanışında sonuncu yoxlama oyununda Rumıniyadan “Konkordiya” ilə üz-üzə gələcək.

Görüş “Arkadia” meydançalarında baş tutacaq. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Knyajnanı təmsil edən “Konkordiya” 1957-ci ildə yaradılıb. 63 illik tarixə malik klubun ən böyük uğuru Liqa kubokunun finalına yüksəldiyi 2015-2016-cı illər mövsümünə təsadüf edib.

Ötən mövsüm Liqa1-də 14-cü yeri tutan komanda aşağı dəstəyə yuvarlanıb. Cari çempionatın 19 turunda 21 xal toplayan Knyajna təmsilçisi qış fasiləsinə 20 komanda arasında 16-cı yerdə yollanıb.

Bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlib.

18:30. “Qəbələ” – “Konkordiya” (Rumıniya)

“Arkadia” meydançaları

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!