Baxşıyev "Qəbələ"nin futbolçularına top vermədi - FOTO

24 Yanvar 2020 11:06 Qəbələ 606
Baxşıyev "Qəbələ"nin futbolçularına top vermədi - FOTO

2019-2020-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 12-ci gününü başa vurub.

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib.

Yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə yoxlama oyunu (0:0) keçirən “qırmızı-qaralar” bərpaedici məşqlə kifayətləniblər. Hazırlıq prosesi əsasən topsuz çalışmalardan ibarət olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!