"Qəbələ"dən "0" razılaşması - FOTOREPORTAJ

23 Yanvar 2020 09:14 Qəbələ 648
"Qəbələ"dən "0" razılaşması - FOTOREPORTAJ

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqları çərçivəsində növbəti yoxlanma oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan “qırmızı-qaralar” Antalyada 3-cü matçına çıxıb.

Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. Komandamız görüşə aşağıdakı start heyəti ilə başlayıb: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 6. Caio Manoel, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 17. Yavo Akakpo, 74. Yusif Nəbiyev.

Matç qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də Anar Nəzirov, Murad Musayev, İdris İnqilablı, Merab Qiqauri, Ehtiram Şahverdiyev, Rövlan Muradov, Kristian Kouakou və Fernan Lopez meydana çıxıb.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu, “qırmızı-qaralar”ın 2020-ci ildə ilk heç-heçəsi olub.

Yanvarın 12-dən Antalyada hazırlıq keçən “Qəbələ” ayın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, 4 gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. “Qırmızı-qaralar” ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti