"Qəbələ" bolqarlara qol vura bilmədi

22 Yanvar 2020 18:43 Qəbələ 501
"Qəbələ" bolqarlara qol vura bilmədi

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəlki yoxlama oyununda MTK-ya 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib. Təmsilçimiz ayın 25-də Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

22 yanvar

17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan) - 0:0

Digər Xəbərlər
Xəbər Lenti